"Anlamaq lazımdır ki, səfirin Azərbaycandan geri çağırılması Parisin Fransanın DGSE xarici kəşfiyyat stansiyasının və onun regiondakı agent şəbəkəsinin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat əməkdaşları tərəfindən məhv edilməsinə reaksiyasıdır".
Ednews xəbər verir ki, bu barədə siyasi ekspert və məsləhətçi, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko öz teleqram kanalında yazıb.
“Lakin Fransanın rəsmi Bakıya siyasi təzyiq göstərmək cəhdləri tamamilə əbəsdir. Hətta Vaşinqton da buna təzyiq edə bilmədi”, o əlavə edib.