“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir”.
Ednews xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.
Putin bildirib ki, Azərbaycan iqtisadiyyatına Rusiya investisiyaları 6 milyard dollar təşkil edib:
“Rusiya-Azərbaycan ticarət əlaqələri fəal inkişaf edir, iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb. Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına sərmayələri 6 milyard dollar təşkil edib”.