Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
Ednews xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanaraq dünyanın müxtəlif ölkələrindən çox sayda nüfuzlu qonağın iştirak etdiyi bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi qeyd olunub.