"Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayır".
Ednews xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz mayın 10-da keçirilməsi nəzərdə tutulan bu görüşü alqışlayırıq. Gələcəkdə də Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə kömək etməyə hazırıq. Xatırladım ki, aprelin 22-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin danışıqları oldu. Bu gün Rusiya liderinin Ermənistanın baş naziri ilə görüşü olacaq. Bu danışıqların gündəliyində Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələləri var” - o bildirib.