ABŞ-nin dövlət katibi Antoni Blinken Ukraynaya səfə edib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Blinkenin Kiyevə gəlişi ABŞ hökümətinin Ukrayna üçün ayırdığı 63 milyard dollarlıq hərbi yardımın ön cəbhəyə çatdırılmasına əsaslanır. Xarkiv şəhərinin ətraf rayonlarında aktivlik göstərən Rusiya ordusu artıq bir çox kəndləri ələ keçirməyə nail olub.
Qeyd edək ki, Qərbin hərbi yardım kompaniyası Ukrayna əsgərlərinin partizan döyüşlərinə davam etməsinə şərait yaradacaq. Blinken Kiyevə gələrək bu yardımın hansı məqsədlər üçün istifadə olunacağından əmin olub.
Blinken sərhəddə vəziyyətin heç də ürəkaçan olmadığnı bildirib. Lakin, ABŞ-nin dəstəyi ilə Ukraynanın öz torpaqlarını qoruyacağına nail olacağını düşünən Blinken, hərbi texnikaların cəbhəyə çatdırılmasını sənədləşdirib.
Fərid