BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da həlak olduğu helikopter qəzasında ölənlərlə bağlı bir dəqiqəlik sükut elan edilib.
Ednews TASS-a istinadən xəbər verir ki, iclas iştirakçıları həlak olanların xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.