Rusiya niyə Xankəndidə konsulluq açmaq istəyir? - İctimaiyyət adamları DANIŞIR

Siyasət 11:00 30.05.2024

"Xankəndində konsulluq açılması Azərbaycanın ərazi bütövlüyünə hansısa təhdid yaratmır".

Bu fikirləri Ednews-a açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.

Xəbər verdiyimiz kimi, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin yaxın gələcəkdə hələ infrastrukturun tamamlanmadığı, əhalinin köçürülməsinin hələ heç başlamadığı Xankəndidə baş konsulluğun açılması planlarının olduğunu elan edib. Məsələ həm siyasi dairələrdə, həm də ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Məsələ ilə əlaqədar Fəzail Ağamalı deyib ki, Rusiya tərəfindən belə bir təklifin edilməsin in arxasında hansısa gizli məqsədlər yoxdur. 

“Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü dövlətidir. Rusiya dövlətimizin ərazi bütövlüyünü müharibədən sonra Putin səviyyəsində bəyan edib. Bu səbəbdən Rusiyanın niyyətini Azərbaycanın ərazi bütövlüyünə hansısa təhdid kimi qəbul etmək doğru olmaz”.

Millət vəkili onu da vurğulayıb ki, Rusiyanın bu niyyəti yaxın müddət yox, gələcək üçün hesablanıb. Belə məsələlər əvvəlcə hər iki dövlətin rəsmi qurumları arasında müzakirə edilməlidir.

Siyasi şərhçi Oqtay Qasımov saytımıza açıqlamasında bildirib ki, bu hal Türkiyə ilə bağlı da yaşanıb. Müharibədən bir müddət keçdikdən sonra Türkiyə rəsmi şəkildə Şuşada konsulluq açmaqla bağlı müraciət etmişdi və bu təklifə Azərbaycan da buna etiraz etməyib.

“Belə hallar dünya təcrübəsindən göründüyü kimi, tez-tez baş verir. Dövlətlərin bir-birinin ərazisində konsulluq açma niyyətləri hər zaman olmuşdur. Lakin Rusiyanın hansısa şirkətinin Qarabağ ərazisində olmaması, sülhməramlıların ölkəmizi tərk etməsi, Qarabağda heç bir Rusiya vətəndaşının olmaması səbəbilə deyə bilərik ki, belə bir təklif indiki dövrdə heç bir məntiqə sığmır. Bu fikirlər 2022-ci ilin fevral ayında iki ölkə arasında imzalanan Müttəfiqlik bəyannaməsi çərçivəsində müzakirələr əsasında dəyərləndirilməlidir. Ümumilikdə isə Azərbaycanda yaşayan Rusiya vətəndaşlarının sayı da o qədər çox deyil ki, ölkəmizin hansısa şəhər və rayonunda bu ölkənin konsulluğu fəaliyyət göstərsin”. 

Ekspert sonda onu da vurğulayıb ki, Rusiyanın Ermənistan ərazisində də konsulluq açmaq niyyəti olub. Bu müəyyən mənada başa düşülərdi. Ermənistandakı Zəngəzur Mis-Molibden Kombinatında fəaliyyət göstərən Rusiya şirkətləri, eləcə də Ermənistanla İran sərhədini qoruyan Rusiya hərbçilərinin varlığı bunu deməyə əsas verir. Lakin indiki dövrdə Azərbaycanda Rusiya konsulluğunun açılmasına heç bir ehtiyac yoxdur.

Səfər Əlizadə

Paris Şuşada təslim oldu

Xəbər xətti

"İranın nüvə obyektləri məhv edilməyib"
09:27 25.06.2025
Beş ölkə Rusiya ilə sərhəddi minalayacaq
09:16 25.06.2025
İsmayıl Qaaninin ölüm xəbəri təkzib edildi
09:01 25.06.2025
"Azərbaycanı vura bilərik" -Fars ekspertdən sərsəm iddia
08:55 25.06.2025
Azərbaycan Məktəblərində Çin dilinin tədris oluna bilər
08:40 25.06.2025
"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
" İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır"
00:16 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Hamısı