Bu konfransda 300-dən çox qonağın iştirakı müzakirə olunan məsələlərin əhəmiyyətindən xəbər verir.
Ednews xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun fikrincə, konfrans qlobal mina probleminin həllində və ətraf mühitə təsirin azaldılmasında səylərimizi səfərbər etmək üçün geniş imkanlar verəcək.