Ermənistanın İranda Baş Konsulluq açmaq istəyinin PƏRDƏARXASI – ŞƏRH

Siyasət 10:00 07.06.2024

“Armenia Today” saytından yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dövlət büdcəsinin icrası ilə bağlı müzakirələrdə deyib ki, Ermənistan ilin sonunadək 4 ölkədə diplomatik nümayəndəlik açmaq niyyətindədir. O, artıq İranın Təbriz şəhərində Baş Konsulluğun açılmasına qərar verildiyini bildirib.

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirdi ki, nüfuz uğrunda savaş həm balanslaşdırma siyasəti baxımından, həm də iplərin çəkilməsi variantının da olması üçün diplomatik nümayəndəliklər vasitəsilə də gedir. Konsulluq açmaq, səfirlik açmaq məsələləri region ölkələri üçün yenidən aktuallıq qazanıb. 

Xanım politoloqun sözlərinə görə, dövlətlər bu istiqamətdə beynəlxalq fəaliyyətin artırılmasını zəruri hesab edirlər: 

“Bu həm də onunla izah oluna bilər ki, alışdığımız konvensional sistemdən, əlaqələrdən xaric yeni münasibətlər qurulur, bu yolda isə hələ heç kim daşları tam yerinə otuzdurmağı bacarmayıb. Xankəndidə Rusiyanın konsulluq açması müzakirələri fonunda Ermənistanın Təbrizdə konsulluq açması bir növ Rusiyanın Azərbaycana qarşı münasibətdə İranın reaksiyasıdırsa, həm də Ermənistanın bu münasibətlərin ortasında bir növ qorunaraq Rusiyaya qarşı İranın güc balansını tənzimləməsidir ki, yarana biləcək istənilən boşluğu İran heç kimə verməsin. Həm də bu baxımdan İranın Ermənistanda vaxtilə tələsik konsulluq açmasını da nəzərə alsaq, Ermənistanın da İranda konsulluq açması ilə bağlı qərar yeni deyil. Bizi maraqlandıran məsələ odur ki, başqa amillər varmı, var. Lakin öncə qeyd edək ki, beynəlxalq fəaliyyətin artırılması zəruridir. Bu, Ermənistan üçün isə xüsusilə labüddür. Şübhəsiz ki, bunun üçün müəyyən xərclərə ehtiyac olsa da, görünməyən məqam kimi onu da qeyd edə bilərik ki, söhbət təkcə coğrafi sərhədləri aşaraq diplomatik nümayəndəliklərin təsisatından getmir, bu, həmçinin müxtəlif mədəniyyətləri, qanunları və hətta yazılmamış qaydaları da anlamaqdan, aşmaqdan ibarətdir”.

Ş.Həsənova qeyd etdi ki, əhalisinin təxminən 95 faizini Azərbaycan türkləri təşkil edən Təbriz şəhəri təsadüfi seçilməyib. İran Ermənistanla Azərbaycan arasında qaçılmaz sülh müqaviləsinin yetişdiyini bilir:

“Hələ üstəlik o faktı da vurğalayaq ki, Azərbaycan istənilən aktorun müdaxiləsini və istənilən pozucu niyyəti maksimum minimallaşdıraraq danışıqları iki ölkə səviyyəsinə gətirməyi bacarıb. Sülh müqaviləsi layihəsi ilə bağlı 9-cu redaksiyasının göndərilməsi bunun əyani sübutudur. Bir tərəfdən Ermənistan Azərbaycanla İran arasında münasibətlərin nəinki dinamik inkişaf tendensiyasında maraqlı deyil, bu münasibətlərin problemsiz, müsbət məcrada davamı Ermənistan qədər digər dairələr tərəfindən də istənilmir, buna son dərəcə həssas yanaşırlar, digər tərəfdən İran Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra ən azından dividentlərdə azalmaya müsbət baxmır. Müsbət məqam odur ki, hadisələrin mövcud durumunda, potensial ssenarisində iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı baş tutdu. Hələ vəzifəni icra edən fiqurla dayanma, durma olmaması baxımından mərhum liderlə razılaşdırılan məsələlər irəliyə doğru aparılırsa, müsbət olan məqam da budur.  Deməli, İran qurucu münasibətlərin dividentlərinin daha çox olacağı düzgün hesablamasını aparıb. Çünki telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlərin də müzakirə olunması ondan xəbər verir ki, biz artıq İranın üzərindən də o xofu götürməyi bacarmışıq ki, bölgənin iqtisadi dirçəlməsi ən çox lazım olan aktorlardan biri də elə İrandır.

82d14ced-c40b-4074-b06a-a947541600d4.jpg

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artır. Ermənistanın bu istiqamətdə də Azərbaycanla müqayisəsi ölçüyə sığmasa da, tamamilə uduzmaq da istəmir. Beynəlxalq səviyyədə aktivliyi artırmaq sadəcə Təbrizlə kifayətlənmir. Mirzoyan hətta Təbrizdən əlavə Kiprdə, Serbiyada da konsulluq açılacağını bildirdi. Kipr Yunanıstan-Türkiyə münasibətləri baxımından aydındırsa, Serbiya-Azərbaycan münasibətlərinin inkişafının dinamizmi fonunda da Serbiyadan daha öncə aldığı silah alışı, silah bazarı daxil olmaqla bu ölkə də məlum olur. Təsadüfi deyil ki, ən son Ermənistan ilə Serbiya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək iki ölkənin hökumətləri arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalamaq üçün işlər görülməsi barəsində razılaşma əldə edildi”.

Poliqoloq vurğuladı ki, Ermənistan münasibətlər qədər sərhəd əlaqələrini, təhlükəsizliyini də  möhkəmləndirmək istəyir. Bu, onun müstəqil qərarqəbuletmə istəyindən xəbər verir: 

“Bu həm də İran-Azərbaycan münasibətlərinin tam yaxınlaşmamasına edilən cəhd, Təbrizdə erməni faktorunun gücləndirilməsini nəzərə alaraq, onların Azərbaycana söykənməsinin əleyhinə yönəldilən maneə, əslində isə İran-Azərbaycan münasibətlərinin üst qatda dostluq, alt qatda isə heç zaman unutmamalı olduğumuz real durumunu aydın göstərən, iki tərəfdən də atılan həmlədir. İstənilən səviyyəli diplomatik nümayəndəliyin açılması ya itirilən mövqeyin bərpası, ya balanslaşdırma ya da siyasi fəaliyyətin coğrafiyasını daha da genişləndirməyə xidmət edir. 
Bu addımın gərçək siması isə bir şeydə gizlidir. Qərbi Azərbaycanın Qafanında konsulluğun açılması da daxil olmaqla, cənubi Azərbaycanın Təbrizində də əhalinin soykökünü nəzərə alaraq bütöv türk zəncirinin, həlqəsinin sınma, qırılma nöqtəsinə gətirilməsinə cəhddir. 

Bunu bizə deməyə əsas verən İran tərəfdən regionda sərhəd dəyişikliklərinin əleyhinə olduqlarının bildirilməsi, bunun İranda ən yüksək səviyyədə elan edilmiş “qırmızı xətt” kimi təqdim olunması, heç kimin İranı bu münasibətdən döndərə bilməyəcəyi barışmaz mövqeyini nümayiş etdirməsidir. 

Bütün bu sadalanan amillər fonunda birmənalı olaraq Azərbaycanın İsraildə səfirlik açmasını da gözardı etmək olmaz. Ermənistanın iqtisadi artımının mühərrikinə rəhbərlik edən dövlət və özəl sektorun əldə edə biləcəyi bütün köməyə ehtiyacı var. Ermənistan iqtisadi səbəblərdən dolayı yeni səfirliklərin açılması ilə ölkənin özəl sektorunu da canlandırmaq istəyir. Bu isə beynəlxalq bazara əhəmiyyətli dərəcədə daxil olmanı sürətləndirir ki bununla da yeni missiyaların açılmasından faydalanacaq. Ermənistan iqtisadi baxımından qalxsa, lobbinin əlinə baxmaz. Bəlkə getdikcə bu yollarla müstəqil qərar qəbuletmə mexanizmini işə sala bilər. Hər bir halda silahlar susdurularaq rəqabət bu sferaya keçibsə, uğurdur. Coğrafiyamızı dəyişə bilmərik, Azərbaycan hər baxımdan daha da güclü olmaq amalı istiqamətində çalışmalıdır”. 

Oğuz 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı