Ermənistanın bitmək bilməyən ATƏT sevdası: "Azərbaycan heç bir təzyiq və təsirə boyun əyməyəcək" - ŞƏRH

Siyasət 12:00 10.06.2024

İlham Əliyevin Ermənistanı ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi bəyanat vermək çağırışına İrəvandan ard-arda cavablar gəlir. Ermənistan parlamentinin spikeri Sülh sazişi imzalanandan sonra Minsk Qrupunun mənası itəcək və bu məsələ də öz-özünə həll olunacağını deyib. Erməni keşişi Baqrat Qalstanyan da bu dəfə Alen Simonyanla eyni mövqedən çıxış edib və bildirib ki, sülh danışıqlarında ATƏT-in qarant kimi iştirakı son dərəcə vacibdir. 

Ermənistanın bir-birinə düşmən düşərgələri niyə hələ də heç bir diplomatik təşəbbüsü olmayan bu təşkilatdan əl çəkmək istəmirlər?

Mövzu ilə bağlı siyasi şərhçi Əlimusa İbrahimov Ednews - a fikirlərini bölüşüb. O söyləyib ki, Ermənistan tərəfi  bu təklifin məhz Azərbaycan gəldiyini əsas götürərərək bu çağırışa şübhə ilə yanaşır:

alimusaaa.jpg

"Azərbaycanda olduğu kimi Ermənistanda da ATƏT-in Minsk Qrupunun artıq öz funksiyasını itirdiyinin fərqindədirlər. Çünki Azərbaycan Respublikası Prezidentinin bu barədə verdiyi bəyanat etiraz etmək və bu istiqamətdə tutarlı sübut gətirmək mümkün deyil. Elə məhz buna görə də Azərbaycan tərəfi Ermənistanı bu addımı atmağa çağırıb. Ermənistan tərəfi isə bu təklifin məhz Azərbaycan gəldiyini əsas götürərərək Azərbaycanın çağırışına şübhə ilə yanaşırlar. Onlar ATƏT-in MİNSK Qrupuna xəyallarına köçürdükləri Qarabağdan bir nişanə kimi baxırlar və hesab edirlər ki, Minsk Qrupunun ləğv olunması onların Qarabağ xəyallarına son nöqtəni qoyacaq.

Digər tərəfdən ATƏT-in Minsk Qrupunun ləğv olunması barədə bəyanat Ermənistanla onun Qərbdəki və Okeanın o tayındakı havadarları arasında narazılığa səbəb ola bilər. Xatırlayırsınızsa Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə verdiyi bəyanatlar ona qarşı olan qüvvələrin fəallaşmasına səbəb olmuşdu. Rusiya rəhbərləri yeri gəldikcə bu bəyanatı yenə də Paşinyanın üzünə vururlar. Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin ATƏT-in Minsk Qrupunun ləğvini üsülh müqaviləsinin imzalanması ilə əlaqələndirmələri, onların bu müqaviləni nəyin bahasına olursa-olsun, tez tələsik imzalamaq istəkləri ilə bağlıdır.

Görünür onlar xaricdəki havadarlarından bu istiqamətdə müəyyən tapşırıqlar alıblar.İstənilən halda. Ermənistanla Azərbaycanla münasibətlərdə və sülh müqaviləsinin bağlanması ilə əlaqədər nə istəməklərindən asılı olmayaraq, Azərbaycan heç bir təzyiq və təsirə boyun əyməyəcək və nəyi, nə zaman, necə həll edəcəyini özü müəyyən edəcək".

Əkbər Novruz

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Hamısı