Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaətə, hərbi borcunu fədakarlıqla yerinə yetirməsinə görə bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında fərman imzalayıb.
Ednews xəbər verir ki, təltif edilən hərbi qulluqçular arasında azərbaycanlı da var.
Zelenskinin imzaladığı fərmanla hərbi qulluqçu Həsənov Sərxan Rəsul oğlu III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib