Bu gün Macarıstan Baş naziri Viktor orban Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşüb. Kiyevdən sonra Moskvaya rəsmi səfər edən Orban Putinlə görüş zamanı müxtəlif məsələlərə toxunub.
Ednews Rusiya mediasına istinadən xəbər verir ki, Orban və Putin Ukrayna müharibəsinin həlli yollarını və ölkələrin yenidən iqtisadi tərəfdaşləğa davam etməsini müzakirə ediblər. macar Baş nazir həm də bildirib ki, Rusiya ilə münasibətlərə davam etmək zəruridir.
Orban görüş zamanı bildirib ki, o Aİ-nı təmsil etmir, MoskvayaMacarıstan höükməti adından səfər edib. Rusiya-Ukrayna müharibəsninin başlamasından sonra Rusiyaya ilk dəfə rəsmi səfər edən Macarıstan rəhbəri, Rusiya ilə əlaqə kanallarının açıq tutulmalı olduğunu bir daha vurğulayıb.
Fərid