Bakının İrəvandan tələbi: Onları cəzalandır!

Siyasət 18:55 10.07.2024

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı birgə bəyanat verib.

Ednews xəbər verir ki, bəyanatda qeyd olunur:

"Azərbaycana məxsus müəllif əsərlərinin və folklorun ermənilər tərəfindən oğurlanaraq mənimsənilməsi halları davam etməkdədir. Növbəti belə hal sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı əsərin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə ifa edilərək “Sirun jan” adı altında, videonun təsvirində “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilməsidir. Üzeyir Hacıbəyovun əsərlərinin ermənilər tərəfindən mənimsənilməsi ilə əlaqədar olduğu kimi, bu plagiat da haqlı olaraq Azərbaycan cəmiyyətində geniş rezonans doğurmuşdur və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 9 iyul 2024-cü il tarixində buna dair geniş şərh vermişdir.

Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi aşağıdakıları bəyan edir:

1. Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” əsəri (“Əsər”) 20-ci əsrdə yaradılmış və ilk dəfə Azərbaycanın xalq artisti Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmişdir.

2. Əsər 2 iyun 1972-ci il tarixində SSRİ qanunvericiliyinə uyğun olaraq Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi olan Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Şöbəsində qeydə alınmışdır. 1998-ci ildə dünyasını dəyişmiş Bəhram Nəsibovun vərəsələri onun mahnı janrında yazılmış bir çox əsərlərini, o cümlədən Əsəri 14 iyul 2004-cü il tarixində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi) dövlət qeydiyyatından keçirmiş, onlara Agentlik tərəfindən Əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilmişdir.

3. Əsər Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir, dəfələrlə Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdə kütləvi ifa edilmiş, həmin kütləvi ifaların çoxlu sayda video və audio yazıları mövcuddur.

4. Əsərin Azərbaycanda dövlət qeydiyyatı sənədləri, müxtəlif daşıyıcılarda olan nüsxələri və kütləvi ifaları zamanı Bəhram Nəsibovun müəllifliyinə aid əsər kimi tanınması Bəhram Nəsibovun Əsərin yeganə müəllifi olmasının sübutudur.


5. Əsərdən istifadə Bəhram Nəsibovun vərəsələrinin razılığı ilə və həmin razılıqda qeyd edilən həcmdə, onun müəllifliyi qeyd edilməklə mümkündür. “Sirun jan” adlı “Youtube” videosunun təsviri hissəsindən və məzmunundan göründüyü kimi, Bəhram Nəsibov müəllif kimi qeyd edilməyib, əksinə, qanunsuz ifa edilmiş Əsər “erməni xalq mahnısı” olaraq “Youtube” platformasına yerləşdirilmişdir.

6. Əsərin qeydiyyat sənədlərindən və kütləvi ifa tarixçəsindən çıxış edərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu halı birmənalı olaraq Əsərin tərkib hissəsi olan musiqinin plagiatı kimi qiymətləndirir.

7. Plagiatın əlavə sübutu olaraq həm Əsər (bir neçə fərqli ifada), həm “Sirun jan” videosu oxşarlığın müəyyən edilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyinin ekspertlərinə təqdim edilmişdir. Ekspert qismində Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov çıxış etmiş və apardıqları araşdırmanın nəticəsi olaraq müəyyən etmişlər ki, erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnının musiqisi Bəhram Nəsibovun muğamın çahargah ladında yazdığı “Qarabağ” əsərinin musiqisi ilə tam üst-üstə düşür, eynidir. Bundan əlavə, əsərin orijinal “Qarabağ” adı “Sirun jan” adına, “Anadır arzulara hər zaman Qarabağ” cümlələri də daxil olan Azərbaycan dilindəki mətni isə erməni dilində yeni mətnə dəyişdirilərək, Əsər təhrif edilmişdir.

8. Beləliklə, Əsər təhrif edilməyə məruz qalmış, Əsərin tərkib hissəsi olan musiqi barəsində plagiatçılıq törədilmişdir. Bununla da, ifaçı Gor Yepremyan və Əsərin qanunsuz ifasında, həmin ifanın lentə alınıb İnternetdə yerləşdiirlməsində iştirak etmiş şəxslər Bəhram Nəsibovun şəxsi müəlliflik hüquqlarını və onun varislərinin əmlak hüquqlarını pozmuşdur. Müəlliflik hüququnun qeyd edilən pozulması halı ilk növbədə pozuntunu törətmiş Gor Yepremyanın və digər şəxslərin hüquqi məsuliyyətini yaratmışdır.

9. Qeyd edilən pozuntu faktını araşdırmadıqda və aradan qaldırmadıqda, Ermənistan Respublikasının üzvü olduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipini və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarını pozmuş olacağını bildiririk.

Bununla əlaqədar, Ermənistan Respublikasından Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” əsərinin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə “Sirun jan” adı altında erməni xalq mahnısı kimi kütləvi ifa və təqdim edilməsi və plagiatçılıq hallarının aradan qaldırılmasını, Bəhram Nəsibovun müəlliflik hüquqlarının bərpa edilməsini, beynəlxalq hüquqa və milli qanunvericiliyinə uyğun olaraq pozuntunu törətmiş şəxsləri məsuliyyətə cəlb etməyi və görülmüş tədbirlər barədə məlumat verməyi tələb edirik".

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı