İraq höküməti son vaxtlar PKK-nın artan terrorizm aktlarından narahat olduğunu bildirərək Türkiyəyə müraciət edib.
Ednews xəbər verir ki, İraq höküməti bu məsələdə Türkiyə ilə birgə əməliyyat aparmağı təklif edib. Bağdad höküməti bildirib ki, ərazilrdə artan terrorist hərəkatlar insanların təhlükəsizliyinin itirilməsi ilə nəticələnir.
Türkiyə ilə bu sahədə əməkdaşlıq etməyi təklif edən İraq höküməti, regionun stabilliyi üçün PKK-nın birdəfəlik yox edilməli olduğunu qeyd edib.
Fərid