Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Co Baydenin Qəzzanın yeni əsirlər mübadiləsi planına reaksiya verib.
Ednews xəbər verir ki, bu barədə Əl - Cəzirə telekanalı məlumat yayıb.
Lavrov bildirib ki, Baydenin ortaya qoyduğu əsirlər mübadiləsi ilə bağlı olan plan iyrəncdir, və İsrail tərəfindən rədd edilib.
Bunun səbəbini açıqlayan nazir bildirib ki, İsrail, regionda zərrə qədər sülh əldə etməkdə maraqlı deyil.
“Əgər ABŞ Təl-Əvivə dəstəyini dayandırsa, Qəzza müharibəsi də dayanacaq", - deyə Lavrov vurğulayıb.
Loğman Yunis