Prezident Zəfər parkında – FOTOLAR

Siyasət 14:14 24.07.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.

Ednews  xəbər verir ki, “PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov parkda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.

Qeyd edək ki, 2023-cü il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlətimizin başçısı və birinci xanım burada görülən işlərlə tanış olublar.

8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.

Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.

Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək.
Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur.

Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.

Xəzərlə bağlı qorxunc proqnoz: 9-18 metrə qədər...

Xəbər xətti

“Arda Gülerin ötürmələrini məhv etdi”
17:25 02.12.2024
Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib
17:15 02.12.2024
Litvadan sonra Estoniya da İvanişviliyə sanksiya tətbiq edib
17:10 02.12.2024
"Rusiya “Ukraynaya möhlət vermək üçün atəşkəsə nail olmaq lazımdır” fikirlərindən narahatdır"
17:02 02.12.2024
Elektron Təhlükəsizlik Xidməti Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb
17:00 02.12.2024
İsrail ordusu Livanın cənubunda əməliyyat keçirib
16:55 02.12.2024
Yaponiya hökuməti Urmiya gölünün bərpasına maliyyə ayırıb
16:53 02.12.2024
Litva Ivanişviliyə sanksiya tətbiq edib
16:48 02.12.2024
Elton Conun gözləri tutuldu
16:39 02.12.2024
"Bələdiyyə seçkiləri ilə əlaqədar beynəlxalq müşahidəçi dəvət edilməyəcək"
16:35 02.12.2024
"Bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək "
16:25 02.12.2024
Nazirlər Kabinetinin səlahiyyətləri artırıldı
16:04 02.12.2024
Üsyançılar "S-125"ləri ələ keçirdi
15:58 02.12.2024
Bu əməliyyat da icbari tibbi sığorta ilə edilir
15:51 02.12.2024
Xəzərlə bağlı qorxunc proqnoz: 9-18 metrə qədər...
15:47 02.12.2024
Rumıniyada parlament seçkisi: Qalib partiya...
15:46 02.12.2024
Şolts çamadanını niyə özü daşıyır?
15:41 02.12.2024
Rusiya-İran-Türkiyə üçtərəfli görüşü keçiriləcək
15:40 02.12.2024
Əsədin sonu yaxınlaşır? - "Suriyada kartlar yenidən paylanır"
15:27 02.12.2024
Xumar Qədimovanın adından saxtakarlıq - EHTİYATLI OLUN!
15:08 02.12.2024
Bəşəriyyətin üz-üzə qaldığı problem: Yeniyetmələri sosial şəbəkələrin fəsadlarından necə qoruyaq? - TƏHLİL
14:40 02.12.2024
“Nikolu bağışlayıram” dedi, Köçəryan fraksiyadan qovdu
14:39 02.12.2024
Prezident bu qanunu təsdiqlədi
14:35 02.12.2024
Süni intellekt sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı müəyyənləşib
14:34 02.12.2024
Bakıda daha bir söküntü başladı: Hər kvadrat metri üçün 2200-2500 manat təklif olunur
14:26 02.12.2024
"MİDA"nın 1,5 milyonluq tenderi ləğv edildi
14:25 02.12.2024
ABŞ Çinin təhdidlərinə qarşı tədbir görür
14:10 02.12.2024
Nigeriyada ölənlərin sayı 54 nəfərə çatıb
14:02 02.12.2024
Deputatlar Mirzoyanı məhkəmə verdilər
13:50 02.12.2024
Ermənistandan son deportasiya: 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər...
13:49 02.12.2024
Moskva sanksiyaların ləğvinə inanmır
13:39 02.12.2024
Azərbaycan deputatları Ermənistana GEDƏCƏK?
13:35 02.12.2024
2024-cü ilin sonuna qədər varlanacaq 3 bürc - Pul sel kimi gələcək
13:30 02.12.2024
Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər
13:25 02.12.2024
Gələn ildən Azərbaycanda qvineya-bisaulu tələbələrin təhsil alması üçün proqrama start veriləcək
13:15 02.12.2024
“Kənddən Şəhərə” Yeni il yarmarkasında iştirak üçün qeydiyyat başladı
13:10 02.12.2024
"Azərbaycanda erməni dilini, ədəbiyyatını tədris edən universitet yaradılmalıdır"
12:53 02.12.2024
"Azərbaycan heç bir ərazini bizə verməyəcək,bunu gözləmək də yersizdir"
12:42 02.12.2024
"Fənərbaxça” "Barselona" -ya mübadilə təklif etdi
12:40 02.12.2024
Ölən şəxsin kreditini kim ödəməlidir?
12:35 02.12.2024
Hamısı