"Macarıstan NATO və Aİ-ni tərk etməlidir. Macarıstanın Aİ-də niyə qalmaq istədiyini anlaya bilmirəm. Orban niyə sadəcə olaraq Putinlə müttəfiqlik müqaviləsi bağlamır. Bu təşkilatların üzvü olmaq üçün müvafiq prinsiplər var və onlara əməl etmək lazımdır."
Ednews xəbər verir ki, bu fikirləri Polşanın Xarici İşlər naziri Vlayslav Teofil Bartoszevski bildirib. Nazir Macarıstan Baş nazirinin apardığı siyasəti qınayaraq onun xarici siyasətini Avropa prinsiplərinə uyğun olmadığını vurğulayıb.
Fərid