Paetongtarn Shinawatranı Tailandın yeni Baş naziri seçilib.
Ednews xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Milyarder Thaksin Shinawatranın 37 yaşlı qızı Paetongtarn Shinawatran Tailandın Baş naziri olan ən gənc şəxsdir. O, bibisindən sonra bu vəzifəni tutan ikinci qadındır.
Qeyd edək ki, avqustun 14-də Tailandın Konstitusiya Məhkəməsi Baş nazir Srettha Thavisini kabinetinə həbsdə olan keçmiş vəkili təyin etdiyinə görə istefaya göndərmişdi.