Parlament seçkiləri ilə bağlı Penitensiar xidmətdə seminar-müşavirə keçirilib

Siyasət 15:45 16.08.2024

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seminar-müşavirə keçirilib.

Bu barədə Ednews-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Penitensiar xidmətin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının nümayəndələri, Xidmətin Baş idarəsinin məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, Mühafizə alayı və Konvoy taborunun komandirləri, habelə həmin qurumların yerləşdiyi ərazilər üzrə müvafiq seçki dairələri dairə seçki komissiyalarının sədrləri və media nümayəndələrinin iştirak etdiyi tədbir penitensiar müəssisələrdə seçkilərin təşkili və səsvermənin keçirilməsinə həsr olunub.

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov Azərbaycanın seçki qanunvericiliyinin vətəndaşların konstitusion hüquqlarının azad şəkildə reallaşdırılmasına tam təminat verdiyini vurğulayıb. Nazir müavini Xidmətin tabe qurumlarında səsvermənin yüksək səviyyədə təşkil olunması və şəffaf keçirilməsi istiqamətində ədliyyə naziri Fərid Əhmədovun tapşırıq və tövsiyələrini diqqətə çatdırıb, səsvermə yerlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması işlərinin həyata keçirildiyini bildirib. Xidmət rəisi qeyd edib ki, ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, tabe qurumlarda da əlverişli seçki mühiti yaradılıb.

Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova çıxışında Konstitusiyanın və Seçki Məcəlləsinin seçki hüququ ilə bağlı müvafiq müddəalarından bəhs edib, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında olan seçicilərin qanunvericiliklə müəyyənləşdirilmiş səsvermə hüquqlarından danışıb. Həmçinin bildirib ki, bütün proseslər seçki qanunvericiliyinin tələbləri və Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planı əsasında müvəffəqiyyətlə davam edir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin şöbə müdiri Ramin Nurəliyev seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurları aydın və ətraflı izah edib.

Seminar-müşavirənin sonunda mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı