ANAMA Tailand Minatəmizləmə Mərkəzi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Siyasət 14:32 22.08.2024

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Tailand Minatəmizləmə Mərkəzi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Ednews xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti mina təhlükəsi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə Cənub-Şərqi Asiyada işgüzar səfərdədir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Tailand Minatəmizləmə Mərkəzinin (TMAC) Baş direktoru general-leytenant Nattavut Sabyeroop ilə görüşü təşkil edilib.

Qeyd edilib ki, görüşün məqsədi humanitar minatəmizləmə sahəsində bilik və təcrübə mübadiləsi, birgə təlim proqramları, minatəmizləmə əməliyyatlarında innovativ yanaşmalar və üsullar, eləcə də potensialın gücləndirilməsi və texniki yardım üzrə müzakirələrin aparılmasından ibarət olub.

Azərbaycanın üzləşdiyi mina probleminin miqyası haqda məlumat verən Elçin Əmirbəyov bu problemin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin diqqətinin və dəstəyinin artırılmasının vacibliyini vurğulayıb. O, keçirilən görüşün bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhfə verəcəyini qeyd edib.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov hər iki qurumun humanitar minatəmizləmə fəaliyyətində çoxillik təcrübəsini nəzərə alaraq qurumlararası sıx və birbaşa kommunikasiyanın yaradılmasının zəruriliyini bildirilib. V.Süleymanov Tailand Minatəmizləmə Mərkəzinin nümayəndələrini mina təhlükəsi ilə mübarizə sahəsində ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməyə dəvət edib.

Görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində həm ANAMA-nın, həm də Tailand Minatəmizləmə Mərkəzinin fəaliyyəti, bu istiqamətdə əldə edilən nailiyyətlər barədə hər iki qurum nümayəndələri tərəfindən məlumat verilib. Ölkəmizdə yaradılması nəzərdə tutulan ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinin işinin təşkili ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi və gələcək mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ASEAN Regional Minatəmizləmə Mərkəzinin icraçı direktoru Rotna But mina təhlükəsi ilə mübarizə sahəsində ARMAC-a üzv ölkələrin minatəmizləmə qurumları və ANAMA arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib.

Həmçinin Tailand Minatəmizləmə Mərkəzinin Baş direktoru Azərbaycanla sahə üzrə təcrübə və təlim mübadiləsinə hazır olduqlarını səsləndirib.

Tailand Minatəmizləmə Mərkəzində keçirilən görüş Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin mina təhlükəsi ilə mübarizə üzrə regional təşkilatı olan ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) təşkilatçılığı ilə baş tutub.

Səfər çərçivəsində mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də ölkəmizdə mövcud mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində görüşlər davam edir.

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb
21:10 15.07.2025
50 gün sonra nə olacaq? -Analitik Baxış
20:40 15.07.2025
ABŞ-də qeyri-qanuni miqrantlar girov hüququndan məhrum ediləcək
20:12 15.07.2025
Braziliya prezidenti ABŞ-nin rüsumlarına cavab üçün xüsusi komitə yaradıb
19:57 15.07.2025
Ukrayna Ottava konvensiyasından çıxdı
19:42 15.07.2025
Xainliklə gələn gecənin, xalqla açılan səhəri Şahlar Ruhi 15 İyul hadisələri haqqında yazır...
19:27 15.07.2025
Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv olundu
19:12 15.07.2025
Netanyahu druzları qorumaq üçün Suriya qüvvələrini hədəf almağı tapşırıb
18:57 15.07.2025
İraqdakı neft yatağında güclü partlayış baş verib
18:40 15.07.2025
"ABŞ və İsrailə qarşı düşmənçilik Tehrana fəlakətdən başqa heç bir şey gətirmədi"
18:25 15.07.2025
Yaponiya Tokto adasını istəyir, Cənubi Koreya etiraz edir
18:10 15.07.2025
Ukraynanın baş naziri istefa verdi
17:57 15.07.2025
İkardinin hərəkətləri "Qalatasaray"ı qəzəbləndirib
17:55 15.07.2025
"Kallas üzr istəmək əvəzinə, hakimləri təhdid edir"
17:40 15.07.2025
Qurbanqulu Berdıməhəmmədov Qarabağa gələcək
17:25 15.07.2025
ABŞ Zəngəzur Dəhlizinə girə bilərmi? -Analitik Baxış
17:10 15.07.2025
Los-Anceles Olimpiadasının tam cədvəli açıqlandı
16:55 15.07.2025
"Deputat da insandır,əsəbi ola bilər"
16:40 15.07.2025
İsrail Suriyaya zərbələr endirir
16:25 15.07.2025
"Bu ay ərzində Ağdamın Xıdırlı kəndinə köç təmin ediləcək"
16:10 15.07.2025
Latviyanın Baş naziri Ukraynada səfərdədir
15:55 15.07.2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
15:40 15.07.2025
İsrail "Hizbullah"ın obyektlərinə zərbələr endirir
15:25 15.07.2025
Harri Potter haqqında yeni serial çəkiləcək
15:10 15.07.2025
Böyük Britaniya və Çexiya nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək
14:55 15.07.2025
ABŞ yeni raketlərin seriyalı istehsalına başladı
14:40 15.07.2025
Nyu-York və Nyu-Cersi daşqınlar baş verib
14:25 15.07.2025
"Paşinyan Vardanyanın məktubunu Trampa çatdırmaqdan imtina edib"
14:10 15.07.2025
Cəlilabadda meşədə yanğın başlayıb
14:07 15.07.2025
" HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə bağlı müzakirələr aparırıq"
13:55 15.07.2025
"Ağdam, Füzuli və Xocavənd rayonlarının 29,54 faizi mina və PHS-lərdən təmizlənib"
13:40 15.07.2025
Rusiya və İran XİN rəhbərləri Çində görüşdü
13:25 15.07.2025
UNO-lar 10 nüvə başlığını sıradan çıxarıb?
13:10 15.07.2025
İranın Məşhəd şəhərinin hava limanı yaxınlığında güclü partlayış olub
13:01 15.07.2025
Filippin sahilində güclü zəlzələ baş verib
12:55 15.07.2025
Rusiyada azərbaycanlı sahibkarlar saxlanıldı
12:39 15.07.2025
"Qazaxıstanın “OPEC+” sazişindən çıxmaq fikrimiz yoxdur"
12:24 15.07.2025
Bakı-Moskva münasibətləri buna görə gərginləşib
12:09 15.07.2025
" Konstitusiya — hüquqi dövlətin bünövrəsidir, suverenlik isə dövlətin varlığının və milli iradəsinin təcəssümüdür” -Umud Mirzəyev
12:03 15.07.2025
Tramp Putinə olan etibarını itirib
11:54 15.07.2025
Hamısı