Ermənistan xarici siyasətinin gündəliyində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi artıq prioritet deyil.
EDnews Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
XİN rəhbəri belə məsələləri tarixçilərin araşdırmalı olduğunu vurğulayıb.
Mirzoyan onu da qeyd edib ki, qondarma "erməni soyqırımı" xarici siyasət və diplomatiya məsələsi deyil.