Roma Papası I Fransisk İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak edə bilməyəcək.
Vatikandan verilən məlumata görə, buna səbəb Papanın Gürcüstan və Azərbaycana planlaşdırılan səfərləridir.
Gürcüstan KİV-nin yazdığına görə, yerli Prezident Administrasiyası dini liderin Tbilisiyə səfərinin planlaşdırılan qrafikə uyğun baş tutacağını təsdiqləyib.
Qeyd edək ki, I Fransisik sentyabrın 30-da Gürcüstana gedəcək. Elə həmin gün Qüdsdə Şimon Peres dəfn olunacaq.
Oktyabrın 2-də səhər saatlarında isə Papa Tbilisidən Bakıya gələcək.