Roma Papası Fransisk Zaqafqaziya respublikalarına səfərindən razı qalıb.
Bu barədə o Bakıdan Romaya uçan zaman yolda Vatikandan olan jurnalist qrupuna açıqlamasında bildirib.
"Səfər dolğun və maraqlı oldu", - deyə Papa qeyd edib.
Papa sentyabrın 30-dan oktyabrın 1-dək Gürcüstanda, oktyabrın 2-də isə Azərbaycanda səfərdə olub.
Bu, latın amerikalı pantifikin 16-cı, Zaqafqaziya respublikalarına isə ikinci səfəri olub. O, iyun ayında Ermənistana da səfər edib.