Pilotsuz uçuş aparatı (PUA) ilə kütləvi hücumlardan sonra Rusiyanın Saratov və Engels şəhərlərindəki iki sənaye müəssisəsi zərər görüb.
“EDnyus” xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busarqin məlumat verib.
"Bu gün Saratov və Engels şəhərləri PUA-ların kütləvi hücumuna məruz qalıb. Hava Hücumundan Müdafiə (HHM) vasitələri tərəfindən çoxsaylı hədəflər məhv edilib", - sosial şəbəkələrdə bildirilib.
Onun sözlərinə görə, hadisə yerlərində təcili xidmətlər işləyir.