Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin 6-cı sammitində iştirak etmək üçün mayın 16-da Albaniyaya yola düşüb.
“EDnews” xəbər verir ki, Türkiyə dövlətinin başçısının Tiranada dəyirmi masalarda iştirak edəcəyi, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.
Gözlənilir ki, Rəcəb Tayyib Ərdoğan sammit iştirakçılarına regional və qlobal proseslər, o cümlədən Ukrayna ilə Rusiya arasında sülhün perspektivləri ilə bağlı Ankaranın mövqeyi barədə məlumat verəcək.
Bildirilir ki, Avropa Siyasi Birliyinin 6-cı sammitində 47 ölkənin liderləri ilə yanaşı, həmçinin NATO, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak edəcəklər.
Fatimə Mərdanlı //EDnews