Fransa Ermənistanda fəxri konsulluq açdı – Səfirin davranışı gündəmə düşdü

Region 13:15 02.06.2025

Fransa Ermənistanda – Gorus rayonunda yeni fəxri konsulluq açıb. Rəsmi açılış mərasimi iyunun 1-də baş tutub və bu, Fransa-Ermənistan münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı kimi təqdim edilib.

EDnews xəbər verir ki, açılış mərasimində Fransa və Ermənistanın rəsmi nümayəndələri, yerli hakimiyyət orqanlarının üzvləri və iki ölkənin səfirləri iştirak ediblər. Konsulluğun fəaliyyətə başlaması Fransanın Cənubi Qafqazdakı mövcudluğunu gücləndirmək cəhdi kimi qiymətləndirilir.

Tədbirdə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini, Gorus şəhərinin meri Aruş Aruşanyan və konsulluğa təyin olunmuş Karmen Apunts iştirak ediblər. Lakin açılış mərasimi zamanı yaşanan insident sosial şəbəkələrdə və mətbuatda ciddi rezonans doğurub.

Mərasimdə lentin kəsilməsi anında səfir Olivye Dekotini Karmen Apuntsun önə çıxmasına mane olub və onu arxaya itaətsiz şəkildə itələyib. Ardınca isə Gorus şəhərinin meri Aruş Aruşanyan da Apuntsu kənara çəkməyə cəhd göstərib. Hadisə kameralar tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə yayılıb.

Səfirin bu davranışı tənqid obyektinə çevrilib. İstifadəçilər bunu diplomatik etiketə zidd və hörmətsizlik nümunəsi kimi qiymətləndiriblər. Ermənistan ictimaiyyətində və bəzi analitik çevrələrdə bu hadisə Fransa nümayəndələrinin bölgədəki davranış tərzinə dair narahatlıqları yenidən gündəmə gətirib.

Hadisəyə dair hələlik rəsmi açıqlama verilməsə də, gözləntilər var ki, Fransa səfirliyi və ya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirəcək.

Qeyd edək ki, Gorus rayonu Ermənistanın Azərbaycanla sərhəddə yerləşən, strateji əhəmiyyətli bölgələrindən biridir. Fransanın burada fəxri konsulluq açması Cənubi Qafqaz regionunda balans və diplomatik mövqe baxımından xüsusi əhəmiyyət kəsb edir.

 Fatimə Şükürova // EDnews

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Hamısı