“Facebook” şirkəti bildirib ki, yaxın zamanlarda sosial şəbəkədə musiqi xidmətləri yaradılacaq.
“Facebook” şirkətinin əməkdaşları tərtibatçıların konfransında bildiriblər ki, sosial şəbəkədə musiqi xidmətlərinin tətbiq edilməsi üzərində çalışırlar.
Xidmətlərin işə başlayacağı dəqiq tarixlər məlum deyil.
Tərtibatçılar “Facebook”da quraşdırılacaq ilk musiqi xidmətinin “Spotify” olacağını qeyd ediblər.
Əlavədə istifadəçinin konkret həvəsinə uyğun kompozisiyaları seçmək imkanı yaradılacaq.
Bundan sonra isə sosial şəbəkəyə “Apple Music” xidməti tətbiq ediləcək.
Xatırladaq ki, “Facebook” istifadəçiləri indi də dostları üçün musiqi paylaşa bilirlər. Ancaq sosial şəbəkədə trekləri digər saytlara keçid etdikdən sonra dinləmək mümkün olur.