Hakerlərə özgənin Facebook səhifəsinin lazım olmağının bir neçə səbəbi var.
Facebook vasitəsilə avtomatik giriş hakerlərə bir çox başqa saytlara da giriş haqqını verir. Spammerlər sizin hesabınızdan sizin abunəçilərinizi spam etmək üçün istifadə edirlər.
Bundan başqa, sizin hesabınız cinayətkarlara sizin haqqınızda bir çox şəxsi məlumat verir ki, cinayətkar bunlardan sizə ziyan vurmaq üçün istifadə edə bilərlər.
Əgər siz hesabınızın sınmasından şübhələnirsinizsə, bunu yoxlamğın sadə üsulu var.
Facebook səhifəsinin yuxarı sağ küncündə oxa klikləyin və menyuda "Qurmalar " bəndini seçin.
Sonra "Təhlükəsizlik" bəndinə keçin və "giriş yeriniz" bəndini seçin.
Siz Facebook-a daxil olduğunuz bütün qurğuların siyahısını və yeri görəcəksiniz,. Əgər siz hansısa bir şübhəli girişi qeyd etsəniz , ehtimal ki, sizin profil sındırılıb. Bu zaman sağda "hərəkəti bitirməyə" basın. Haker müvəqqəti olaraq hesabdan atılacaq. Dərhal parolu dəyişın.
Pofilinizin sındırıldığının başqa sübutları :
Ad, doğum tarixi, elektron ünvan və ya parol dəyişdirilmişdir.
Kimsə tanımadığınız insanlara dostluq sorğuları göndərir.
Sizin hesabınızdan siz tanımadığınız insanlara mesajlar göndərilmişdilər.
Sizin xronikanızda siz paylaşmadığınız postlar meydana çıxır.Demək profiliniz sındırılmışdır.
Belə olduqda nə etmək lazımdır
Siz "çıxış"ı basan kimi, öz parolunuzu dəyişdirin.
Sonra Facebook-un rəsmil səhifəsinə kömək üçün müraciət etməlisiniz — orada qırmadan zərər çəkmişlər üçün xüsusi dəstək sistemi var.