“Apple” korporasiyası populyar sosial şəbəkələrdə təmsil olunmaq siyasətini davam etdirir.
Şirkət “Instagram”da səhifə açıb.
Maraqlıdır ki, “Facebook”, “Twitter” və “VKontakte”dəki səhifələrində hər hansı paylaşım etməyən şirkət “Instagram” səhifəsinə artıq “iPhone” ilə çəkilmiş fotolar və videolardan ibarət 9 qalereya yükləyib. Hər paylaşımın altında “iPhone” ilə çəkiliş etmiş 5 nəfərin adı var.
“The Independent” yazır ki, “Apple” müəlliflərə sponsorluq etmək fikrindədir. Bu halda fotolar “”Apple”ın dəstəyi ilə “iPhone”da çəkilib” qeydi ilə yerləşdiriləcək. Şirkətin “Instagram” səhifəsinə düşmək istəyənlər “#ShotOniPhone” heşteqi ilə fotolar paylaşmalıdır.