Yaponiyanın tanınmış kağız istehsalçısı şirkəti oduncaqdan alınan və dəmirdən beş dəfə möhkəm, lakin beş dəfə ondan yüngül olan yeni materialın kütləvi istehsalına hazırlaşır.
“Nippon Paper Group” şirkətinin bu barədə yaydığı məlumatda bildirlir ki, şirkət Yaponiyanın şimal-şərqində yerləşən İşinomaki şəhərindəki müəssisəsində sellüloz nanoliflərin istehsalını təmin edəcək yeni xəttin hazırlanmasına 15 milyon dollar ayıracaq.
Həmin material xüsusi texnologiyalar vasitəsilə xırdalanmış oduncaq liflərdən, düyü samanından və digər bitki mənşəli xammaldan hazırlanır.
Hazırda sellüloz nanoliflərin bir çox əmtəələrdə, o cümlədən avtomobil hissələrindən başlamış çağa bezlərinədək tətbiqi ilə bağlı araşdırmalar aparılır.
"Azərtac"