ABŞ-ın Yel Universitetinin antropoloqları ehtimal ediblər ki, qədimdə insanların qida rasionundakı yağların yüksək miqdarı insan beyninin ölçüsünün böyüməsinə və müasir insan tipinin yaranmasına gətirib çıxarıb.
Eurasia xəbər verir ki, bununla bağlı “Phys.org” portalında məlumat paylaşıb.
Alimlər “Homo sapiens”lərin inkişafında əsas faktor kimi ətin qəbulu təklifinə şübhə ilə yanaşıblar. Onların fikrincə, dörd milyon il əvvəl hominidlər ölmüş heyvanların sümüklərindəki iliyi dadmaqla yağın dadını kəşf ediblər. Bu, insanlara kalori çatışmazlığını kompensasiya etməyə imkan verib.
Bundan başqa, ətdəki zülal maddələri piy olmadığı üçün effektiv deyildi. Onların mənimsənilməsi üçün daha çox enerji sərf edilirdi. Bu, ətin qəbulunun beynin inkişafına səbəb olması ehtimalını istisna edir.
Yeni fərziyyəyə görə, mərkəzi sinir sistemi heyvan qidalarının termik emalından əvvəl başlaya bilərdi.