Aİİ Beynəlxalq Tərcüməçilər Günü ilə bağlı tədbir keçirib

Elm və texnologiya 10:47 27.09.2019
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Tərcüməçilər Günü ilə bağlı tədbir keçirib.
 
Tədbirdə dini ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilməsi, mövcud vəziyyət və perspektivlərlə bağlı müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Aİİ-nin rektoru C.Məmmədov ölkəmizdə təhsilin və elmin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıldığını, gənclərimizin Vətənimizin uğurlu gələcəyi naminə peşəsinin mütəxəssisi olması üçün qətiyyətli addımların atıldığını vurğulayıb. Qeyd edib ki, dini ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olmasını, ölkəmizin beynəlxalq konfranslarda layiqincə təmsil edilməsinin gərəkliliyini nəzərə alaraq, İlahiyyat İnstitutu tələbələrinin – gələcəyin ilahiyyatçılarının xarici dilləri bilməsi vacibdir. C.Məmmədov bu səbəbdən Aİİ-də xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirildiyini, bununla bağlı ödənişsiz kursların təşkil edildiyini nəzərə çatdırıb. Qeyd edib ki, dini ədəbiyyat Azərbaycan dilinə tərcümə edilərkən yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit nəzərə alınmalıdır.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini Mahir Qəniyev “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, dinşünaslıq ekspertizası birbaşa ictimai maraqları təmin edir. O, beynəlxalq hüquq və təcrübədən nümunələr gətirməklə dini ədəbiyyatların müvafiq qaydada yoxlama prosesindən keçərək çap edildiyini və yayıldığını vurğulayıb. M.Qəniyev daha sonra qeyd edib ki, təqdim olunan ədəbiyyat insanpərvərlik prinsiplərinə zidd deyilsə; dini nifrət və düşmənçiliyə rəvac verəcək, dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər yer almırsa; ölkəmizdəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək ifadələr əks olunmursa, bu kitabın ölkə ərazisində çapı və yayılmasına heç bir qadağa yoxdur. 
 
Filologiya elmləri doktoru professor Nəsrulla Məmmədov “Sakral mətnlərin üslub xüsusiyyətləri” mövzusunda çıxış edib. Qeyd edib ki, dini mətnlərin tərcüməsi zamanı müəyyən prinsiplərə riayət edilməlidir. 
 
N. Məmmədov vurğulayıb ki, tərcümə olunan sakral mətnlər sözbəsöz deyil, həm də mənaya ehtiva edərək tərcümə olunmalıdır. N. Məmmədov tərcümə işinin spesifikliyi ilə bağlı məsələlərə də aydınlıq gətirib. Vurğulayıb ki, hər hansı bir əsər dilimizə çevrilərkən, onun mahiyyətinin düzgün çatdırılması əsas şərtdir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov Azərbaycanda tərcümə işinin mövcud durumundan bəhs edib. Bu sahənin təkmilləşdirilməsinin vacibliyini bildirən məruzəçi dünyanın aparıcı ölkələrinin təcrübəsindən yararlanmağın zəruri olduğunu vurğulayıb. Qeyd edib ki, mədəniyyətlərin inteqrasiyası, elmi biliklərin mübadiləsi tərcümə sayəsində mümkündür. 
Fəlsəfə üzrə fəlsəfə doktoru dosent Ələddin Məlikov “Leypsiq tərcüməşünaslıq məktəbi aspektindən dini və fəlsəfi tərcümələrin hermenevtik və praqmatik problemləri” mövzusunda çıxışı zamanı bildirib ki, tərcümə işinin tarixinə nəzər salsaq, bu sahənin ölkənin, xalqın taleyində, mədəniyyətin, elm və təhsilin inkişafında xüsusi rolu var. 
 
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Hamısı