Türkiyə Feysbuku cərimələdi | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


Türkiyə Feysbuku cərimələdi

Elm və texnologiya A- A A+

Türkiyənin Şəxsi Məlumat Qoruma Agentliyi Feysbuku  1 milyon 150 min lirə cərimələyib. Buna səbəb Feysbukun fərdi məlumatların qorunması tələbini tam yerinə yetirməməsi olub.

Eurasia Diary bildirir ki, sosial şəbəkənin məlumat pozuntusu istifadəçilərə məxsus ad, cinsiyyət, doğum tarixi, münasibət statusu, təhsil səviyyəsi, dini məlumat, ölkə, yer, Feysbukda son axtarışlar, istifadəçinin izlədiyi 500-ə qədər əsas hesab kimi fərdi informasiyalarla bağlı olub.

"Feysbuku türk dilində istifadə edən 280 min 959 istifadəçi məlumat pozuntusundan zərər görüb. Məlumat pozuntusunun qarşısını almaq üçün şirkət lazımi inzibati və texniki tədbirlər həyata keçirməyib. Bu səbəbdən 1 milyon 150 min lirə cərimələnib", - deyə Türkiyənin Şəxsi Məlumat Qoruma Agentliyindən bildirilib.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...