“Microsoft” şirkəti “Windows 10” əməliyyat sisteminin yenilənmiş dizaynını təqdim edib.
"EDNews" xəbər verir ki, Əməliyyat sisteminin yeni görüntüsünü “Microsoft” şirkətinin top-meneceri Panos Panay özünün “Instagram” səhifəsində paylaşıb.
Videoda “Windows 10”un əvvəlki görünüşü və dizaynının necə dəyişdiyi nümayiş etdirilib.