İnstaqram iOS və Android üçün yeni xüsusiyyəti ilə daha faydalı olacaq.
Belə ki, İnstaqramın direkt mesajlaşmada yeni funksiyaları istifadəçilərin işini daha da asanlaşdıracaq.
Bir istifadəçidən gələn mesaj üstünə basılı saxlamaqla digərinə yönləndirilə biləcək. Digər bir yeni funksiya isə instaqramda qrup hal;nda yazılan mesajlara Whatsappda olduğu kimi ayrıca cavab vermə özəlliyidir.
Instaqramdakı bu yeni funksiyalar test vəziyyətindədir.
Test müddəti sonlanandan sonra yeni xüsusiyyətlərin Instagram iOS və Instagram Android tətbiqləri üçün əlçatan olacağı gözlənilir.