Süni intellekt müxtəlif janrlardan ibarət öz mahnı toplusunu yaratdı. Jukebox adlı yeni süni intellekt OpenAI araşdırma laboratoriyası tərəfindən hazırlanıb.
EDNews.net ted.az-a istinadən bildirir ki, süni intellektin mahnı yazması üçün 1,2 milyon mahnı, Meta data, həmçinin LyricWiki-nin lirikasından istifadə olunub.
Bütün bunların sayəsində neyron şəbəkəsi, hətta öz mətnlərini yaza bilər.
Süni intellektin yaratdığı musiqi insanın yaratdığı musiqidən fərqlənir. Məsələn, süni intellektin musiqisində biz nəqarəti eşidə bilmirik.