Xilas üçün atılan addım və davamı olmayan qərar Bel sütunu sınmış təhsil

Elm və texnologiya 17:38 08.06.2021

Dünyanı iflic edən koronavirus pandemiyası hər yerdə olduğu kimi, ölkəmizdə də təhsil sisteminə “möhürünü” vurub. Başqa sözlə desək, təhsilimizin “bel sütunu” qırılmış vəziyyətdədir. Təhsilin online formada zor-bəla idarə olunması, tələbələrin heç bir nəzarət olmadan rahat şəkildə evdən imtahan verməsi və digər neqativ hallar problemin hələ çox kiçik bir hissəsidir.

Vəziyyətin ağır olduğunu anlayan səlahiyyətli orqanlar öz tərəfindən qabaqlayıcı addım atıb. Nazirlər Kabinetinin qərarına əsasən, subbakalavr, bakalavr, magistr təhsili alan və buraxılış kursunda təhsil alanlar dövlət imtahanından azad edilir. Bütün tələbələr ümumi orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Dövlət bu addımla yaranmış gərgin vəziyyəti nisbətən yüngülləşdirmək istəyir.

Maraqlıdır, dövlət imtahanından azad olunma nəyə görə belə zəruri olub? Bu qərar nə vaxta qədər qüvvədə qalacaq?

Eurasia Diary bu suallarla bağlı təhsil eksperti Kamran Əsədov-un fikirlərini öyrənib.

“İlk növbədə qeyd edim ki, pandemiya dövrünü, həm də müharibənin yaratdığı çətinlikləri nəzərə alaraq, ali təhsil müəssisələrində buraxılış işlərinin ləğv edilməsi olduqca ədalətli bir qərar idi. Eyni zamanda, dövlət imtahanın ləğv edilməsi tələbələr üçün təhsilin əlçatanlığına ciddi şəkildə müsbət təsir göstərəcək. Nəzərə alaq ki, mövcud vəziyyətdə dövlət imtahanı vermək üçün tələbələr əvvəlki kurslarda oxuduqları informasiyanı da yenidən oxumalıdır. Amma hal-hazırda ali təhsil müəssisələrində tədris həyata keçirilmir, kitabxanaların işi məhduddur və bizim tələbələrimiz bu imkandan istifadə edə bilməyəcəklər. Yəni hesab edirəm ki, dövlət imtahanının keçirilməsi, diplom işi və digər buraxılışların bakalavr pilləsində tətbiq edilməsi ciddi şəkildə problemə gətirib çıxara bilərdi. Ona görə də, dövlət tərəfindən atılan bu addım kifayət qədər uğurlu bir məsələdir. Qeyd edim ki, bu qərarın buraxılış kurslarında oxuyanlara böyük köməyi dəyəcək. Çünki hər bir dövlət imtahanında minimum 350-400 sual var və o sualların cavablandırılmasına tələbələr vaxt tapa bilməzdi. Digər tərəfdən diplom işinin yazılması ilə bağlı tələbələr mütləq şəkildə elmi rəhbərləri ilə görüşməlidilər, kitabxanalarda, arxivlərdə işləməlidirlər. Hazırda pandemiya dövründə bu resurslar işləmir. Ona görə məhz bu amilləri nəzərə alaraq dövlət imtahanı və buraxılış işlərinin ləğv edilməsi onları əlavə yükdən xilas edəcəkdir. Bu tipli qərar bir dəfə 2020-ci ildə qüvvədə olub və birdə bu il oktyabrın 1-nə qədər nəzərdə tutulub. Gələn il pandemiya davam edərsə, bu qərar təbii ki yenidən qüvvədə ola bilər” – deyə o fikrini bildirib.

Bəs pandemiya dönəmi bitərsə, bu qərar qüvvədə olacaqmı? O zaman təhsilin inkişafına və keyfiyyətinə təsiri necə olacaq?

Ekspert bildirib ki, bəzi dünya ölkələrində təhsili başa vurduqdan sonra dövlət imtahanı keçirilmir: “Ümumiyyətlə, dövlət imtahanın keçirilməsi tələbələrin təhsilini başa vurma hallarını çətinləşdirir. Biz baxırıq ki, bəzi hallarda tələbənin akademik göstəricisi yaxşıdır, amma yekun dövlət attestasiya imtahanından keçə bilmir. Digər tərəfdən, misal üçün İngiltərə universitetlərində dərs keçirlər, lakin semestr və dövlət imtahanını başqa qurumlar yoxlayır. Bu, keyfiyyətə təsir göstərən birinci amildir. Dünyada müxtəlif təcrübələr var. Azərbaycanda da hesab edirəm ki, müəyyən qədər dövlət imtahanı qaydasının tətbiqi davam etdirilməlidir. Dövlət diplom verirsə, diplomu verdiyini yoxlamalıdır və yoxladıqdan sonra sənə sənəd verməlidir. Lakin mövcud vəziyyət, pandemiya hazırda buna imkan vermir. Birmənalı şəkildə diplom almış şəxs ixtisaslı kadr və ya mütəxəssis hesab edilirsə, onu mütəxəssis hesab edən bir qurum həmin şəxsi mütləq yoxlamalıdır. Onun 4 il oxuması həmin şəxsin mütəxəssis olmağı demək deyil. Bu gün rəqəmlərə baxsaq, Azərbaycanda ali təhsil müəssisələrini bitirmiş şəxslərin yalnız 42 faizi ixtisası üzrə işləyir. Deməli, keyfiyyət göstəricisi ali təhsil müəssisələrində 50 faizin altındadır. Yəni 58 faiz şəxs ixtisası üzrə işləmir. Bu da onu göstərir ki, ali təhsil müəssisələri keyfiyyətli kadr hazırlamayıblar. Məhz buna görə də, ciddi dövlət imtahanı olmalıdır. Məsələn, Liverpul universitetlərinə hər il 120 min nəfər qəbul olur və onlardan cəmi 16 min nəfəri ali təhsil ocağını bitirir. Yəni 100 mindən çox şəxs kəsilir. Bu o deməkdir ki, siz universitetlərin giriş qapısını açın, amma çıxış qapılarını ciddi imtahanlarla, semestr imtahanları, dövlət imtahanları ilə məhdudlaşdırın. Sizin əmək bazarına buraxdığınız mütəxəssislər keyfiyyətli olmalıdır”.

Nərgiz Kərimova

DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO

Xəbər xətti

İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Hamısı