“Apple” dünyanın ən dəyərli şirkəti mövqeyini itirib.
Ednews xəbər verir ki, texnologiya nəhənginin yerini Səudiyyə Ərəbistanının neft və qaz istehsalı şirkəti “Aramco” alıb.
Buna səbəb investorların səhmləri satması olub. Son dönəmdə “Bitcoin” kimi digər əsas kriptovalyuta və rəqəmsal aktivlər də kəskin şəkildə düşməyə davam edib.
“Apple” səhmləri Nyu-Yorkda 5%-dən çox ucuzlaşaraq 2,37 trilyon dollar olub. “Aramco” iki ildən sonra ilk dəfə “iPhone” istehsalçısını 2,42 trilyon dollar ilə geridə qoyaraq dünyanın ən dəyərli şirkəti mövqeyini alıb.