Uzunluğu 1 sm olan bakteriya aşkar edildi.
Ednews xəbər verir ki, "Thiomargarita Magnifica" adlanan bu bakteriya mikroskop ehtiyacı olmadan belə adi gözlə görünə bilər.
Hazırda dünyanın ən böyük bakteriyası kimi təsnif edilən T. magnifica, Fransa Karib dənizində suyun altında basdırılan və çürüyən manqrov ağacı yarpaqlarında aşkar edilib.
Bildirilir ki, bu təkhüceyrəli orqanizm təhlükəli deyil və insanlarda xəstəlik törətmir.
Lawrence Berkeley Milli Laboratoriyasının əməkdaşı Jean-Marie Volland sözügedən bakteriyanın digərlərindən 5000 qat böyük olduğunu deyib.
Nəzrin Beydiyeva