Motorola, digər tanınmış elektronika şirkətlərinin ağıllı saatlarına rəqib olacaq qiymətə və keyfiyyətə malik yeni ağıllı saatlarını dövriyyə buraxıb.
Ednews xəbər verir ki, Yeni Motorola saatlarının IP67 suya və toza davamlı olacağı, ölçüləri (42/46/11,9) mm və kəmərsiz təxminən 29 q çəkisi olacağı gözlənilir.
Ekrana gəlincə isə o, (240/280) piksel təsvir ölçülü 1,69 düymlük IPS LCD sensor ekranla təchiz olunacağı bildirilir.
Ağıllı saatlar Moto Watch OS əməliyyat sistemi ilə işləyəcək, həmçinin ürək döyüntüsünü və bədəndə oksigenləşmə səviyyəsini ölçmək üçün sensorlarla təchiz olunacaq.
Motorola digər telefonlar və mobil qurğularla sürətli simsiz qoşulmaq üçün "Bluetooth-5.0" texnologiyaları, həmçinin istifadəçinin fiziki aktivlik səviyyəsini və gündəlik yuxu dərəcəsini ölçmək üçün tətbiqlər və texnologiyalar təqdim edəcək.
Bu saatların yaxın vaxtlarda dünya bazarlarındakı qiyməti, təxminən 100 dolları keçməyəcəyi gözlənilir.
Rəna Mürşüd