“Twitter”in rəhbəri və “Tesla” şirkətinin qurucusu İlon Mask bildirib ki, sosial mediada onun profilini izləyən ABŞ-ın əsas nəşrlərindən olan jurnalistlərin hesablarını blokdan çıxarıb.
Ednews xəbər verir ki, o bu barədə “Twitter” səhifəsində yazıb.
“Mənim səhifəmi izləyən hesablar blokdan çıxarılacaq”, - deyə milyarder qeyd edib.
Daha əvvəl media “Twitter”in Mask, ailəsi və şirkətin yeni siyasəti haqqında yazan jurnalistlərin hesablarını bloklamağa başladığını yazmışdı. “The New York Times” və “The Washington Post” qəzetlərinin, həmçinin CNN telekanalının jurnalistlərinin hesabları blok olunmuşdu.