İlon Mask, Twitter sosial media platformasının sahibi və baş direktoru, "Twitter-in icraçı direktoru vəzifəsindən istefa verməliyəmmi?" sualı ilə sorğuya başlayıb.
Ednews xəbər verir ki, Mask sosial media platformasının idarəçiliyindən çəkilib-çəkilməməsi ilə bağlı qərarını Twitter istifadəçilərinin öhdəsinə buraxıb.
Saat 04.50-də paylaşılan sorğuya təxminən 6 milyon 900 min istifadəçi qatılıb. Rəyi soruşulanların 57 faizi Muskın istefasına səs verib.
Sorğunun bu şəkildə nəticələnəcəyi təqdirdə nə vaxt istefa verəcəyi ilə bağlı təfərrüatları açıqlamayan Mask, bir istifadəçinin sualını cavablandıraraq növbəti CEO-nun kim olacağı barədə də mlumat verməyib.
Qeyd edək ki, sorğu Twitter-də yalnız digər sosial media şirkətlərini tanıtmaq üçün yaradılmış hesabları və rəqib platformalar üçün linklər, istifadəçi adlarını ehtiva edən məzmunu qadağan edən siyasət yeniləməsindən sonra keçirilib.
Nəzrin Eldarqızı