Çində nəşr olunan bir araşdırmaya görə, ulduzların doğumundan ölümünə qədər kosmosda gizlənmiş sirləri açılıb.
Ednews xəbər verir ki, bu araşdırma Samanyolu'nda göy cisimlərinin doğulmasını və kosmosda onların dövranını anlamağa kömək edib.
Çin Elmlər Akademiyasının Milli Astronomiya Rəsədxanasından Han Cinlin başçılıq etdiyi qrup 44 minə yaxın radiodalğanın məlumatlarını tədqiq edib.
Süd Yolu qalaktikasında indiyə qədər ən böyük maqnit sahəsinin xüsusiyyətlərini aşkar etmək üçün komanda Süd Yolunun bir bölgəsini skandan keçirib.
Skan nəticəsində 2 qeyri-adi partlayışın qalıqları aşkar edilib.
Araşdırmada kosmosdakı hidrogen atomlarından ibarət qazın soyuduqdan sonra hidrogen molekul buludları əmələ gətirərək nüvədə yeni nəsil ulduzlar əmələ gətirə biləcəyi də müəyyən edilib.
Sözügedən araşdırmanın müəlliflərindən biri olan Han ulduzların öldükdən sonra partladığını və buraxılan qaz nəticəsində elementlərini kosmosa səpələdiyini qeyd edib.
Han, həmçinin yeni müşahidə edilən tapıntılardan istifadə edərək Süd Yolunda yeni kəşflər edəcəklərini ifadə etdi.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında FAST şirkəti, Süd Yolu qalaktikasından 20 dəfə böyük olan “kainatdakı ən böyük atom buludunu” kəşf edib.
Nəzrin Eldarqızı