–
WhatsApp messengeri istifadəçilərin bir-birini “blok”lamağı asanlaşdırır.
Ednews TGRT Haberə istinadən xəbər verir ki, şirkət bloklama seçimlərini dəyişəcək sadə və faydalı funksiyanı sınaqdan keçirməyə başlayıb. Tətbiqin son beta versiyasında ortaya çıxan xüsusiyyət istifadəçiyə gələn mesaj vasitəsilə birbaşa qarşı tərəfi bloklamağa imkan verəcək. İstifadəçini qara siyahıya salmağın ən qısa yolu artıq bir adamı bloklamaq üçün söhbət ekranına keçmək çətinliyini aradan qaldıracaq.
İlk olaraq söhbət səhifəsində görülən 'Blok' adlı yenilik, daha sonra tərtibatçılar tərəfindən bildirişlər üzərində sınaqdan keçirilməyə başlanılıb.
Yeniliyin rəsmi olaraq təqdimat olunacaq tarixi hələ ki, məlum deyil.
Aynurə İsmayılqızı