Youtube daha qlobal platforma olmaq yolunda yeni bir addım atdı. Bundan sonra bütün Youtube videoları müxtəlif dillərdə dublyaj seçiminə əlavə olunacaq.
Ednews Hüriyyet-ə istinadən xəbər verir ki, Youtube-un bu yeni funksiyası onun yaradıcılarına daha geniş auditoriyaya müraciət etməyə imkan verəcək. Şirkət bloq yazısında bu xüsusiyyətin nə üçün lazım olduğunu izah edir:
“Çoxdilli dublyajlı videoları sınaqdan keçirən yaradıcıların izləmə vaxtının 15 faizindən çoxunu ana dili olmayanlardan keçirdiyini aşkar etdik.
Yeniləmə yayımlandıqdan sonra istifadəçilər video menyusundan istədikləri dili seçərək dublyaj edilmiş videolara baxa biləcəklər”.
Ayan Rzayeva