"Elektron xidmətlər günü-gündən artır, vətəndaşların bu sistemə marağı da artmaqda davam edir".
Ednews xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov deyib.
O qeyd edib ki, elektron xidmətlərdən istifadələr çoxdur.
“Daha çox istifadə olunan xidmətlər bir neçə dənədir. Elektron arayışla bağlı xidmətlər mütəmadi olaraq istifadə olunan xidmətlərdir. Əmək müqaviləsi işçi ilə vətəndaş arasında olur. Bu xidmətdən çox istifadə edilir. Hazırda məşğulluq xidmətinə geniş təlabat var, getdikcə də artır. Üvnanlı yardımla bağlı çox müraciət alırıq. Hər dəfə elektron xidmətlərimiz daha da inkişaf edir”.
Aysel Şahmar