Apple yeni flaqman smartfonların istehsalına başlamağa hazırlaşır. Bu barədə 9to5Mac nəşri məlumat yayıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, portal jurnalistləri DSCC analitiki Ross Yanqın məlumatlarına istinad edərək, modellərin kütləvi istehsalına başlanılmasının vaxtından xəbərdar olublar.
Pu-nun sözlərinə görə, korporasiya istehsalına iyun ayında başlayacaq. İnsayder qeyd edib ki, “Apple” yanvarda yeni cihazların hazırlanmasını başa çatdırıb.
Ross Yanq qeyd edib ki, Amerika şirkəti modellərə tələbatın artmasını gözləyir. Bununla əlaqədar olaraq, Apple yüksək tələbatı ödəmək üçün çoxlu sayda iPhone 15, 15 Plus, 15 Pro və 15 Pro Max cihazlarını satışa hazırlamaq niyyətindədir.
9to5Mac-a görə, brendin bütün yeni smartfonları yalnız Pro modelləri deyil, Dynamic Island ekran kəsiminə sahib olacaq. Bununla belə, yalnız bahalı iPhone 15 Pro və 15 Pro Max-da ProMotion dəstəyi və 120Hz yeniləmə tezliyi olacaq.
Nurlana Hacıyeva