Instagram-a istifadəçiləri sevindirəcək yeni funksiya əlavə edilib.
Ednews xarici KIV-ə istinadən xəbər verir ki, dünyada geniş istifadəçi kütləsi olan Instagram sosial media tətbiqinə yeni funksiya əlavə edib.
Əvvəllər yalnız hekayə paylaşımı üçün istifadə edilən “yaxın dostlar” funksiyası post paylaşımı üçün də aktiv edilib. Instagram-ın yeni funksiyası istifadəçilər tərəfindən maraqla qarşılanıb. Yeni əlavə edilən ayara görə, istifadəçilər artıq öz postlarını istədikləri insanlarla paylaşa biləcəklər.
Aynurə İsmayıl