Avropa İttifaqı (Aİ) Komissiyası, Avropa Parlamenti və üzv ölkələr dünyanın ilk “Süni intellekt qanunu” ilə bağlı razılığa gəliblər.
Ednews birgun nəşrinə istinadən ,əbər verir ki, Aİ Şurası üzv dövlətlər ilə Avropa Parlamenti (AP) arasında müzakirə edilən və dünyada ilk hərtərəfli süni intellekt qaydalarını gətirəcək "Süni İntellekt Qanunu" ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
Yeni qanunla sifətin tanınması üçün verilənlər bazası yaradan bütün sistemlər qadağan edilib.
Su, enerji, ədalət, sağlamlıq və biometrik kimi sahələri idarə etmək üçün istifadə edilən süni intellekt sistemləri "yüksək risk" hesab edilir və daha sərt qaydalar gətirir.
Süni intellektin heç bir halda üzv dövlətlərin milli təhlükəsizlik və ya bu sahəyə həvalə edilmiş hər hansı təşkilatın səlahiyyətlərinə təsir etməməsi təmin ediləcək.
Süni intellekt sistemləri cəmiyyətə zərər vurma ehtimalına uyğun olaraq “risk əsaslı” yanaşma ilə tənzimlənəcək.