Yeni Steam qaydalarına əsasən, tərtibatçılar indi süni intellektdən istifadə etdiklərini bəyan edəcəklər.
Ednews shift.delete nəşrinə istinadən xəbər verir ki, süni intellektdən istifadə edilən oyunların əksəriyyəti yeni qaydalarla yayımlanacaq . Dəyişikliklər, Steam oyunlarında süni intellektdən istifadə ilə bağlı şəffaflığı artırmaq, eyni zamanda süni intellekt tərəfindən yaradılan məzmundan istifadə risklərindən qorunmaq və müştərilərə AI texnologiyasından istifadə edən oyunu satın alıb-almamaq barədə məlumatlı seçim etmək üçün nəzərdə tutulub.
Yeni qaydalara əsasən, tərtibatçılardan oyunlarda süni intellektin köməyi ilə əvvəlcədən yaradılmış məzmunun (məsələn, incəsənət əsəri, kod və ya audio) olduğu zaman açıqlaması və bunun “qanunsuz və ya hüquq pozuntusu” olmadığını vəd etməsi tələb olunacaq.
Xəyal Ramiz